Azərbaycanın bank sektorunun aktivləri 11 % artıb
- 23 iyun, 2023
- 11:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 921,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 11 % çoxdur.
Bankların aktivlərinin 19 428,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15,1 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,8 %-dən 42,3 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 10,4 % artaraq 40 084,6 milyon manata, o cümlədən depozit portfeli 9,9 % artaraq 32 678,7 milyon manata çatıb. Bunun 12 143,0 milyon manatı fiziki, 20 535,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 16,9 %, şirkətlərin banklardakı vəsaitləri isə 6,1 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,7 dəfə azalaraq 107,7 milyon manat olub.
Sektorun balans kapitalı isə 14,9 % artaraq 5 837,2 milyon manat təşkil edib.