Azərbaycanın bank sektorunda sağlamlaşdırma tədbirləri bir neçə il davam edəcək

Azərbaycanın bank sektorunda sağlamlaşdırma tədbirləri bir neçə il davam edəcək Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı ASC-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin dövlətin üzərinə götürülməsi ilə, təxminən, 300 mln. ABŞ dolları məbləğində vəsaitə qənaət olunub.
Maliyyə
7 Noyabr , 2017 14:50
Azərbaycanın bank sektorunda sağlamlaşdırma tədbirləri bir neçə il davam edəcək

Bakı. 7 noyabr. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin dövlətin üzərinə götürülməsi ilə, təxminən, 300 mln. ABŞ dolları məbləğində vəsaitə qənaət olunub.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. 

"Bank xarici kreditorlar qarşısında öhdəliklərini yerinə yetirməli idi, əks təqdirdə, defolt olacaqdı. Buna görə də, dövlət bankın öhdəlikərini öz öhdəlikləri ilə əvəzlədi, yəni öz üzərinə götürdü. Nəticədə xarici borc 2,4 mlrd. dollar artıb. ABB-nin reytrinqləri yaxşılaşmağa doğru gedir və Bank sabit rejimdə öz fəaliyyətini davam etdirə bilər. Biz bankın kreditorları ilə görüşdük, onları inandırdıq ki, bu ən yaxşı yoldur. Çünki dövlətin aldığı borc Bankın aldığı borcla müqayisədə daha etibarlıdır. Kreditorlar da bizə inanır. Azərbaycan beynəxalq aləmdə fəaliyyət göstərir, qapalı dövlət deyil", - deyə nazir qeyd edib. 

Onun sözlərinə görə, bu prosesdən ABB-nin əmanətçiləri zərər çəkməyib və onların hamısının hüquqları qorunub.

S.Şərifov onu da qeyd edib ki, bank sektorunda sağlamlaşdırma tədbirləri davam etdirilir və bu, bir neçə il davam edəcək. 

Son xəbərlər

Orphus sistemi