Azərbaycanın bank sektoru xalis mənfəətini 2 dəfədən çox artırıb

Azərbaycanın bank sektoru xalis mənfəətini 2 dəfədən çox artırıb Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 572,9 milyon manat xalis mənfəət əldə edib.
Maliyyə
26 Noyabr , 2019 13:25
Azərbaycanın bank sektoru xalis mənfəətini 2 dəfədən çox artırıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 572,9 milyon manat xalis mənfəət əldə edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

10 ay ərzində bankların əməliyyat gəlirləri 2 168,3 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 14,7% çox), əməliyyat xərcləri 1 396,3 milyon manat (6,7% çox), xüsusi ehtiyatlara ayırmaları 161,6 milyon manat (48,8% az), digər gəlirləri 21,4 milyon manat (42,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 58,9 milyon manat (2,1 dəfə çox) təşkil edib.

Son xəbərlər

Orphus sistemi