Azərbaycanın AIIB-də payı azalıb

Azərbaycanın AIIB-də payı azalıb Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankındakı (AIIB) iştirak payı 0,0006 faiz bəndi azalaraq 0,2636%-ə düşüb.
Maliyyə
18 Aprel , 2019 10:56
Azərbaycanın AIIB-də payı azalıb

Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankındakı (AIIB) iştirak payı 0,0006 faiz bəndi azalaraq 0,2636%-ə düşüb.

“Report”un AIIB-ə istinadən verdiyi xəbərə görə, bu, Rumıniyanın üzvlüyə qəbul edilməsi ilə əlaqədardır. Hal-hazırda Bankın 87 üzvü var.

Məlumata görə, AIIB-nin üzvlərinin sayının artırılması ilə bağlı rəsmi Bakının AIIB-də səsvermə hüququ da 66 səs və yaxud 1,28% azalıb. Hazırda Azərbaycanın səsvermə hüququ 5 069 səs və yaxud 0,4508% həddindədir ki, bu da 0,0037 faiz bəndi azalma deməkdir.

Azərbaycanın Bankda nominal ifadədə iştirak payı dəyişməyib və hazırda da 254,1 mln. ABŞ dolları səviyyəsindədir.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü isə 2016-cı il iyunun 24-də ratifikasiya edilib.

Son xəbərlər

Orphus sistemi