Azərbaycanın 9 ayda cari əməliyyatlar balansının profisiti 4 milyard dollara yaxın olub

Azərbaycanın 9 ayda cari əməliyyatlar balansının profisiti 4 milyard dollara yaxın olub Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) təxminən 4 milyard ABŞ dolları profisit yaranıb.
Maliyyə
11 Dekabr , 2024 10:14
Azərbaycanın 9 ayda cari əməliyyatlar balansının profisiti 4 milyard dollara yaxın olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) təxminən 3 milyard 952,9 milyon ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 7,2 %-i qədər profisit yaranıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,8 % azdır.

9 aylıq profisit xarici ticarət balansındakı 7 milyard 4 milyon dollarlıq profisit (1 il əvvələ nisbətən 29,8 % az), xidmətlər balansındakı 1 milyard 563,5 milyon dollarlıq kəsir (10,5 % az), ilkin gəlirlər balansındakı 1 milyard 978,5 milyon dollarlıq kəsir (17,2 % az) və təkrar gəlirlər balansındakı 490,9 milyon dollarlıq profisit (41,2 % az) hesabına formalaşıb.

Son 1 ildə neft-qaz sektoru üzrə CƏB-in profisiti təxminən 7,8 % azalaraq 11,1 milyard ABŞ dollarına düşüb, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 32,9 % artaraq 7,1 milyard ABŞ dollarına çatıb.

Son xəbərlər

Orphus sistemi