Azərbaycandan Gürcüstana pul köçürmələri 60% artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 60% artıb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana 71,3 milyon ABŞ dolları pul köçürülüb.
Maliyyə
15 Noyabr , 2021 12:39
Azərbaycandan Gürcüstana pul köçürmələri 60% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana 71,3 milyon ABŞ dolları pul köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Təkcə oktyabr ayında isə Azərbaycandan Gürcüstana köçürülən pulun məbləği 7,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 34 % çoxdur.

Gürcüstandan Azərbaycana isə ilk 10 ayda 16,3 milyon ABŞ dolları (+ 23,4 %), ötən ay isə 1,9 milyon dollar (+ təxminən 27%) pul köçürmələri həyata keçirilib.

Ümumiilikdə 10 ay ərzində Gürcüstana xaricdən 1 mlrd 912,8 milyon ABŞ dolları, Gürcüstandan isə xaricə 251,9 milyon ABŞ dolları pul köçürülüb. Bular ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26,2% və 257% çoxdur.

Oktyabrda isə xaricdən qonşu ölkəyə 206,7 milyon ABŞ dolları (+13,7 %), Gürcüstandan isə xaricə 30,3 milyon ABŞ dolları (+26,9 %), pul göndərilib.

Son xəbərlər

Orphus sistemi