Azərbaycandan Gürcüstana pul köçürmələri 3 dəfədən çox artıb
Maliyyə
- 17 may, 2021
- 07:39
Bu ilin aprel ayında Azərbaycandan Gürcüstana pul köçürmələri illik müqayisədə 3,8 dəfə artaraq 9,1 milyon ABŞ dollarına bərabər olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.
Yanvar-aprel aylarında isə Azərbaycandan qonşu ölkəyə 27,7 milyon ABŞ dolları köçürülüb ki, bu da ötən ilin eyni göstəricisindən 3,2 dəfə çoxdur.
Ötən ay Gürcüstandan Azərbaycana 1,7 milyon ABŞ dolları, ilk dörd ayda isə 5,5 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib. Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq 2,1 dəfə və 25% çoxdur.
Apreldə Gürcüstana xarici ölkələrdən 194,1 milyon ABŞ dolları (+ 145,4 %) daxil olub, qonşu ölkədən xaricə isə 25,8 milyon ABŞ dolları (+157,6 %) göndərilib.
Son xəbərlər
03:45
Danimarka və ABŞ rəsmiləri Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını müzakirə ediblər
Digər ölkələr03:07
ABŞ Nigeriyaya yenidən zərbələr endirə bilər
Digər ölkələr02:40
Kiyevə növbəti dəfə kütləvi raket və dron hücumu edilir
Digər ölkələr02:24
Tacikistanda zəlzələ olub
Digər ölkələr02:17
İspaniya Superkubokunun finalçıları məlum olub
Futbol02:12
Tramp Maduronu əfv etmək niyyətində deyil
Digər ölkələr01:34
KİV: Danimarka ordusu müdaxilə halında dərhal atəş açmağa borcludur
Digər ölkələr01:18
Video
Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var - Yenilənib
Hadisə00:38