Azərbaycandakı sığorta şirkətlərindən biri ilin III rübündə müştərilərə 2 mln. manat ödəyib

Azərbaycandakı sığorta şirkətlərindən biri ilin III rübündə müştərilərə 2 mln. manat ödəyib Toplam olaraq şirkətdə sığorta hadisələri üzrə 1 975 978 AZN məbləğində sığorta ödənişi həyata keçirilib
Maliyyə
24 Noyabr , 2014 19:02
Azərbaycandakı sığorta şirkətlərindən biri ilin III rübündə müştərilərə 2 mln. manat ödəyib
Bakı. 24 noyabr. REPORT.AZ/ Bu ilin III rübü ərzində “Standard Insurance” ASC-nin bağladığı əmlak və məsuliyyət sığortası növləri üzrə ümümilikdə 1207 sığorta hadisəsi baş verib. Bu barədə "Report"a şirkətin hüquq və sığorta hadisələrinin araşdırılması departamentindən məlumat verilib.

Məlumata görə, bu hadisələrin 299-u, yaxud 25%-i avtomobillərin kasko sığortası, 807-si və ya 67%-i nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, yerdə qalan 101-i, yəni 8%-i digər sığorta növləri, yəni daşınmaz əmlakın icbari sığortası, əmlak sığortası, fərdi qəza sığortası və səyahət sığortası üzrədir.

Toplam olaraq III rüb ərzində “Standard Sığorta” şirkətində sığorta hadisələri üzrə 1 975 978 AZN məbləğində sığorta ödənişi həyata keçirilib. Bunlardan 461 090 manat avtomobillərin kasko sığortası, 853 777 manat nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və 317 889 manat digər sığorta növləri, yəni daşınmaz əmlakın icbari sığortası, əmlak sığortası, fərdi qəza sığortası və səyahət sığortası üzrədir. Tibbi sığorta üzrə isə 343 222 manat məbləğində xidmət göstərilib. Rüb ərzində bir sığorta hadisəsi üzrə ən böyük sığorta ödənişi 32 380 manat (kasko sığortası üzrə), ən kiçik ödəniş isə 21 manat məbləğində yenə də kasko sığortası üzrə olub.

Ümumiyyətlə, şirkətin qəza komissarları həftənin 7 günü və günün 24 saatı fəaliyyət göstərirlər.

Son xəbərlər

Orphus sistemi