Azərbaycandakı investisiya şirkətlərinin məcmu aktivləri 55% artıb

Azərbaycandakı investisiya şirkətlərinin məcmu aktivləri 55% artıb Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “MFX-Trading” ASC, eləcə də “ABB-İnvest” və “CPM-İnvest” QSC-lər istisna olmaqla, ölkənin qiymətli kağızlar bazarında fəaliyyət göstərən 8 investisiya şirkətinin bu il yanvarın 1-nə məcmu aktivləri 86,3
Maliyyə
3 İyun , 2021 16:16
Azərbaycandakı investisiya şirkətlərinin məcmu aktivləri 55% artıb

Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “ABB-İnvest”, “CPM-İnvest” və “MFX-Trading” istisna olmaqla, ölkənin qiymətli kağızlar bazarında fəaliyyət göstərən 8 investisiya şirkətinin bu il yanvarın 1-nə məcmu aktivləri 86,3 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 54,5% çoxdur.

Hesabat dövründə investisiya şirkətlərindən 3-ü – “BTB Kapital” və “İnvest-AZ” və “Plato Capital and Co.” aktivlərini azaldıb, qalanları isə artırıb.

Ötən ilin sonuna investisiya şirkətlərinin məcmu öhdəlikləri 62,5 milyon manat olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 46,9% çoxdur. Maliyyə qurumlarından 4-ü – “Azfinance”, “BTB Kapital”, “İnvest-AZ” və “PSG-Kapital” öhdəliklərini azaldıb, qalanları isə artırıb.

Hesabat tarixinə investisiya şirkətlərinin məcmu balans kapitalı isə 23,8 milyon manat təşkil edib. Bu da illik müqayisədə 78,7% çoxdur. Maliyyə qurumlarından 1-i – “Plato Capital and Co” balans kapitalını azaldıb, qalanları isə artırıb.

Bu il yanvarın 1-nə investisiya şirkətlərinin məcmu nizamnamə kapitalı isə 12,8 milyon manat olub. Bu isə ötən il yanvarın 1-nə nisbətən 50% çoxdur. Maliyyə qurumlarındaın 1-i – “Plato Capital and Co.” nizamnamə kapitalını artırıb, qalanları sabit saxlayıb.

Son xəbərlər

Orphus sistemi