Azərbaycanda xarici bankların nümayəndəlikləri ilə bağlı yeni qaydalar təsdiq edilib

Azərbaycanda xarici bankların nümayəndəlikləri ilə bağlı yeni qaydalar təsdiq edilib Nümayəndəlik illik hesabatını sonrakı ilin iyun ayının 1-dən gec olmayaraq təqdim etməlidir
Maliyyə
8 Fevral , 2016 10:31
Azərbaycanda xarici bankların nümayəndəlikləri ilə bağlı yeni qaydalar təsdiq edilib

Bakı. 8 fevral. REPORT.AZ/ “Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı qüvvəyə minib. 

"Report" xəbər verir ki, qərara görə, AMB-nin İdarə Heyətinin 28 iyun 2004-cü il tarixli qərarı ilə (11 nömrəli protokol) təsdiq edilmiş (17 iyul 2004-cü il tarixli 3064 nömrəli şəhadətnamə) “Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və Mərkəzi Banka təqdim edilməsi Qaydası” ləğv edilib.

Xarici bankın nümayəndəliyi nümayəndəliyin idarə edilməsi qaydasını və cari fəaliyyətini əks etdirən illik hesabat tərtib etməli və hesabat dövründən sonrakı ilin iyun ayının 1-dən gec olmayaraq təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi