Azərbaycanda vaxtı keçmiş manat kreditlərinin xüsusi çəkisi 6 aylıq minimuma enib

Maliyyə
  • 06 fevral, 2018
  • 07:22
Azərbaycanda vaxtı keçmiş manat kreditlərinin xüsusi çəkisi 6 aylıq minimuma enib
Report

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanda manatla verilmiş kreditlərdə vaxtı keçmişlərin xüsusi çəkisi bu il yanvarın 1-nə 11,4% təşkil edib. 

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, son 6 ay üzrə minimum həddir. Belə ki, ötən il iyunun 1-nə vaxtı keçmiş manat kreditlərinin xüsusi çəkisi 10,7%, iyulun 1-nə isə 11,5% təşkil edib.

Qeyd edək ki, bu ilin əvvəlinə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 11 757,8 mln. manat olub, bunun da 6 953,6 mln. manatı və yaxud 59,1%-i milli valyuta, 4 804,2 mln. manatı və yaxud 40,9%-i isə xarici valyuta ilə verilib. 

44 filmi