Azərbaycanda təkrarsığorta əməliyyatları ilə bağlı qayda təsdiqlənib

Maliyyə
  • 21 noyabr, 2023
  • 11:52
Azərbaycanda təkrarsığorta əməliyyatları ilə bağlı qayda təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Risklərin xarici sığortaçılarda təkrarsığortalanması hədlərinin və tələblərinin, sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair tələblərin müəyyən edilməsi Qaydası”nı təsdiq edib.

“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Bu Qayda “Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq hazırlanıb.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

44 - Tezliklə