Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları 10%-ə yaxın artıb

Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları 10%-ə yaxın artıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sosial sığorta üzrə daxilolmalar 3 433,1 milyon manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 118,8 milyon manat təşkil edib.
Maliyyə
10 Dekabr , 2021 10:40
Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları 10%-ə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sosial sığorta üzrə daxilolmalar 3 433,1 milyon manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 118,8 milyon manat təşkil edib.

“Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunlar proqnozlardan müvafiq olaraq 9,9% və 8,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8% və 9% çoxdur.

Sosial sığorta daxilolmalarının 2 193,8 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu, proqnozdan 13,1%, 1 il əvvələ nisbətən isə 14,7% çoxdur.

İşsizlikdən sığorta daxilolmalarının isə 87,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu isə proqnozdan 10,3%, illik müqayisədə isə 15,3% çoxdur.

Son xəbərlər

Orphus sistemi