Azərbaycanda son bir ildə istehlak kreditləşməsi 1% artıb

Azərbaycanda son bir ildə istehlak kreditləşməsi 1% artıb Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında kredit qoyuluşlarının həcmi 2018-ci ilin noyabrın 1-nə 12 281,3 mln. manat təşkil edib.
Maliyyə
5 Dekabr , 2018 12:02
Azərbaycanda son bir ildə istehlak kreditləşməsi 1% artıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında kredit qoyuluşlarının həcmi 2018-ci ilin noyabrın 1-nə 12 281,3 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 129,1 mln. manat və ya 1,06% çoxdur.

Kredit qoyuluşlarının sahələr üzrə tərkibində ən iri həcm yenə də ev təsərrüfatlarının payına düşür. Belə ki, noyabrın 1-nə ev təsərrüfatlarına verilən kreditlərin həcmi 5 106,6 mln. manat təşkil edib ki, bu göstəricinin ümumi kredit qoyuluşlarında çəkisi 41,6%-ə bərabərdir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 425,3 mln. manat və ya 9,09% artıb, oktyabrda isə 55,5 mln. manat və ya 1,1% artıb.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra ümumi kredit qoyuluşlarında ən yüksək çəki ilə - 16,8%-lik payla “Ticarət və xidmət”, 14,9%-lik payla daşınmaz əmlak, 10,5%-lik payla nəqliyyat və rabitə, 5,6%-lik payla sənaye və istehsal, 3,1%-lik payla “İnşaat və əmlak”, 3,8%-lik payla kənd təsərrüfatı və emal, 2,2%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

Son xəbərlər

Orphus sistemi