​Azərbaycanda sığorta bazarının 65%-i könüllü formalaşıb

​Azərbaycanda sığorta bazarının 65%-i könüllü formalaşıb Könüllü sığorta bazarı son bir ildə 2% artıb
Maliyyə
19 Dekabr , 2014 12:45
​Azərbaycanda sığorta bazarının 65%-i könüllü formalaşıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanan haqların 64,6%-i və ya 247,3 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. "Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, bu kategoriya üzrə daxilolmaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% artıb.

İcbarı sığorta növləri üzrə isə yığımlar 135,5 mln. manat və ya bazarın 35,4%-ni təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 7,5% artıb.

Hesabat dövründə ümumi ödənişlərin 73,6%-i və ya 105,6 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta növləri üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 36,9% artıb. İcbarı sığorta növləri üzrə isə ödənişlər 13,7% artaraq 37,9 mln. manata çatıb.

Təhlil olunan dövrdə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,7 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-noyabr aylarında isə bu göstərici 31,8 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manata aparılan ödəniş ötən ilki 26,5 manatdan 28 manata yüksəlib.

Son xəbərlər

Orphus sistemi