Azərbaycanın qeyri-neft iqtisadiyyatı 2% artıb

Azərbaycanın qeyri-neft iqtisadiyyatı 2% artıb Bu ilin ilk yarısında ölkədə 31,311 mlrd. manatlıq ÜDM istehsal olunub
Maliyyə
17 İyul , 2017 14:34
Azərbaycanın qeyri-neft iqtisadiyyatı 2% artıb

Bakı. 17 iyul. REPORT.AZ/ Bu ilin birinci yarısında Azərbaycanda 31 310,6 mln. manat və ya əhalinin hər nəfərinə 3 224,6 manat dəyərində ümumi daxili məhsul istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin I yarısında iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7% artıb, neft-qaz bölməsində isə 6,6% azalıb.

Ümumi daxili məhsulun 13 195,2 mln. manatı sənayedə, 3 414,6 mln. manatı ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 2 536,8 mln. manatı tikintidə, 2 249,6 mln. manatı nəqliyyat və anbar təsərrüfatı, 1 559,9 mln. manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 846,6 mln. manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 548,4 mln. manatı informasiya və rabitə sahələrində, 4 711,7 mln.manatı digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər 2 247,8 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi