Azərbaycanda qeyri-həyat sığortası bazarı cüzi böyüyüb

Maliyyə
  • 25 aprel, 2024
  • 11:56
Azərbaycanda qeyri-həyat sığortası bazarı cüzi böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 197,221 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 20,5 % artaraq 56,159 milyon manata çatıb.

Beləliklə, 3 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 28,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 23,7 manat olub.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 373,14 milyon manat sığorta haqqı toplanılıb. bu, ötən ilin eyni dövrünə nisbətən 7,6 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 153,327 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 49,9 % çoxdur.

Ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 29,5 manat olub.

44 filmi