Azərbaycanda qeyri-həyat sığortası bazarı 8 % böyüyüb

Maliyyə
  • 03 mart, 2025
  • 09:21
Azərbaycanda qeyri-həyat sığortası bazarı 8 % böyüyüb

Bu ilin yanvar ayında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 101,768 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 6,7 % artaraq 18,161 milyon manata çatıb.

Beləliklə, ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 17,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 18,1 manat olub.

Yanvarda Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 163,658 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 47,623 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,8 % çoxdur.

Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 29,1 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 27,9 manat olub.

44 filmi