Azərbaycanda qeyri-həyat sığortası bazarı 27 % böyüyüb

Maliyyə
  • 29 may, 2023
  • 09:13
Azərbaycanda qeyri-həyat sığortası bazarı 27 % böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 231,724 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27,2 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 0,8 % artaraq 62,412 milyon manata çatıb.

Beləliklə, 4 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 26,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 34 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 467,53 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,3 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 134,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,1 % çoxdur.

4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 28,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.