Azərbaycanda qeyri-həyat sığortası bazarı 26 % böyüyüb

Maliyyə
  • 28 oktyabr, 2023
  • 12:35
Azərbaycanda qeyri-həyat sığortası bazarı 26 % böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 455 milyon 741 min manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 26,7 % artaraq 177 milyon 340 min manata çatıb.

Beləliklə, 9 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm ötən ilin eyni dövründə 38,7 manat olub.

Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 937,238 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 28,2 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 400,387 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 25,7 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,6 manat olub.

44 - Tezliklə