Azərbaycanda pul siyasətinin təkmilləşdirilməsi davam etdiriləcək

Azərbaycanda pul siyasətinin təkmilləşdirilməsi davam etdiriləcək "Qlobal inflyasiyanın səngiməsi və onun milli inflyasiyaya təsirlərinin zəifləməsi üçün başlıca şərtlər bütövlükdə koronavirus (COVID-19) pandemiyasına qarşı uğurlu mübarizə, qlobal iqtisadi zəncirin bərpası sürəti, qlobal təchizat zəncirində olan problem
Maliyyə
16 Noyabr , 2021 13:21
Azərbaycanda pul siyasətinin təkmilləşdirilməsi davam etdiriləcək

"Qlobal inflyasiyanın səngiməsi və onun milli inflyasiyaya təsirlərinin zəifləməsi üçün başlıca şərtlər bütövlükdə koronavirus (COVID-19) pandemiyasına qarşı uğurlu mübarizə, qlobal iqtisadi zəncirin bərpası sürəti, qlobal təchizat zəncirində olan problemlərin həlli, ərzaq inflyasiyasının azaldılmasıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

"Təbii ki, kifayət qədər yüksək risklər var. Növbəti ilə hesablanmış cari balans profisitlidir. Profisit tədiyyə balansı və Dövlət Neft Fondundan (ARDNF) büdcə transferlərinin növbəti ilə əhəmiyyətli artımı daxili valyuta bazarının tarazlığını və inflyasiyanın başlıca hissəsi olan milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyəcək. Pul kütləsi iqtisadiyyatın pula olan tələbi iqtisadi artım proqnozu və inflyasiya nəzərə alınmaqla tənzimlənəcək. Rəqəmsallaşma proseslərinin təsiri ilə pul kütləsinin strukturunda baş verən dəyişikliklər pul təklifinin tənzimlənməsi zamanı nəzərə alınacaq. Faiz dəhlizi parametrlərinə dair qərarlar, yenilənmiş makroiqtisadi proqnozlar, xarici və daxili mal xərc amillərinin inflyasiya transmissiyası, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək. Bu zaman kompleks pul siyasətinin həyata keçirilməsi prinsipi həyata keçiriləcək. AMB pul siyasətinin təkmilləşdirilməsini, bu sferada islahatları davam etdirəcək", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi