Azərbaycanda problemli valyuta kreditlərinin xüsusi çəkisi 13%-i keçib

Maliyyə
  • 26 iyul, 2017
  • 12:21
Azərbaycanda problemli valyuta kreditlərinin xüsusi çəkisi 13%-i keçib

Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycanda cari il iyunun 1-nə xarici valyutada verilən kreditlərin 881,6 mln. manat və ya 13,03%-nin ödəmə vaxtı keçib. Hesabata əsasən, xarici valyutada problemli kreditlərin həcmi aylıq 1,43%, xarici valyutada xüsusi çəkisi isə 1,31 faiz bəndi artıb.

"Report" bu barədə Azərbaycan Mərkəz Bankına (AMB) istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, bu il iyunun 1-nə cəmi kredit təşkilatları tərəfindən verilmiş kreditlərin 1 739,8 mln. manatının vaxtı keçib ki, bunun da 858,1 mln. manatı və ya 49,32%-i manatla, 881,6 mln. manatı və ya 50,67%-i xarici valyuatada verilən kreditlər üzrə yaranıb. 

Vaxtı keçmiş kreditlərin həcmində valyutada verilən kreditlərin xüsusi çəkisi azalıb. Belə ki, mayın 1-nə əsasən problemli kreditlərin 55,53% -ni xarici valyutada, 45,47%-ni manatla verilən kreditlər təşkil edib.