Azərbaycanda problemli kreditlərlə bağlı ayrıca qanunun qəbulu təklif olunur

Azərbaycanda problemli kreditlərlə bağlı ayrıca qanunun qəbulu təklif olunur Əli Məsimli: "Bu problemi birdəfəlik həll etmək lazımdır"
Maliyyə
83
2 Oktyabr , 2017 12:37
Azərbaycanda problemli kreditlərlə bağlı ayrıca qanunun qəbulu təklif olunur

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Azərbaycanda problemli kreditlərlə bağlı qanun layihəsi hazırlanmalıdır. Əgər əvvəllər problemli kreditlərin ümumi kredit portfelində payı 10%-dən az idisə, hazırda çoxdur. Vaxtı keçmiş kreditlərin vaxtının uzadılmasının heç bir əhəmiyyəti yoxdur. Bu problemi birdəfəlik həll etmək lazımdır".

“Report” xəbər verir ki, bunu Milli Məclisin bugünki plenar iclasında parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Əli Məsimli deyib. 

O, həmçinin kiçik biznesin stimullaşdırılması istiqamətində də addımlar atılmalı olduğunu bildirib.