Azərbaycanda problemli kreditlərin həlli çərçivəsində 126 milyon manatlıq cərimə və dəbbə pulu silinib

Azərbaycanda problemli kreditlərin həlli çərçivəsində 126 milyon manatlıq cərimə və dəbbə pulu silinib Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə əməkdaşlığı nəticəsində əhaliyə 629 milyon manat kompensasiya ödənilib.
Maliyyə
414
2 Avqust , 2019 10:18
Azərbaycanda problemli kreditlərin həlli çərçivəsində 126 milyon manatlıq cərimə və dəbbə pulu silinib

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə əməkdaşlığı nəticəsində əhaliyə 629 milyon manat kompensasiya ödənilib. 

“Report” xəbər verir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov bildirib. 

Onun sözlərinə görə, bu vəsait 8 tranş nəticəsində ayrılıb. 

“Bu pulun bir hissəsi birbaşa əhaliyə çatıb, bir hissəsi isə vətəndaşların borclarının bağlanılmasına sərf olunub. Nisbət təxminən 50/50-yədir. Bundan başqa, yığılmış cərimələr, dəbbə pulları var idi ki, silinib, bunların da məbləği 126 milyon manatdan çox idi”, - E.Hüseynov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi