​Azərbaycanda problemli kreditlərin həcmi artıb

​Azərbaycanda problemli kreditlərin həcmi artıb Ötən il ökədə istehlak kreditləşməsi 24,4%, xüsusi çəkisi isə 1,4 faiz bəndi artıb
Maliyyə
5 Fevral , 2015 17:08
​Azərbaycanda problemli kreditlərin həcmi artıb

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən maliyyə-kredit təşkilatları tərəfindən 2014-cü ildə ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşunun strukturunda problemli kreditlərin xüsusi çəkisi artıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, 2015-ci il yanvarın 1-nə ölkə iqtisadiyyatına qoyulan cəmi kreditlərin 976,3 mln. manatının və ya 5,3%-nin ödəniş vaxtı keçib. Ötən ilin əvvəlinə bu göstərici 792,8 mln. manat və ya 5,1% olub.

Əvvəlki ayla müqayisədə isə problemli kreditlərin həcmində azalma müşahidə edilib. Belə ki, 2014-cü il dekabrın 1-nə məcmu kreditlərin 5,4%-nin və ya 981,5 mln. manatının vaxtı keçib.

Qeyd edək ki, ölkə iqtisadiyyatına kredit qoyuluşu 2014-cü ildə 20,23% artaraq bu ilin yanvarın 1-nə 18,543 mlrd. manat təşkil edib. Məcmu kreditlərin 41,7%-i və ya 7,732 mlrd. manatı istehlak kreditləşməsinin payına düşüb. Hesabata əsasən, ölkədə istehlak kreditləşməsi ötən il ərzində 24,41%, xüsusi çəkisi isə 1,4 faiz bəndi artıb. Lakin 2014-cü ildə istehlak kreditləşməsinin artım dinamikası 2013-cü ilə nisbətən 19,56 faiz bəndi zəifləyib.

Son xəbərlər

Orphus sistemi