Azərbaycanda problemli kreditlər 27% azalıb

Azərbaycanda problemli kreditlər 27% azalıb Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 659,7 milyon manat təşkil edib.
Maliyyə
26 Sentyabr , 2022 15:23
Azərbaycanda problemli kreditlər 27% azalıb

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 659,7 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,4 % azdır.

Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 8,3 %, son 1 ildə isə 27 % azalıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,4% təşkil edib. Bu nisbət iyulun sonuna 3,5%, ötən ilin sonuna 4,2%, ötən il avqustun sonuna isə 5,8% olub.

Son xəbərlər

Orphus sistemi