Azərbaycanda ötən ay bağlanmış 4 bankın əmanətçilərinə 950 min manat kompensasiya ödənilib
Maliyyə
- 02 avqust, 2016
- 12:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 avqust. REPORT.AZ/ Bu gündən Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödəməyə başlayıb.
"Report" ADİF-ə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 561 529 manat, “Zaminbank”ın əmanətçilərinə 199 830 manat, “Kredobank”ın əmanətçilərinə 65 270 manat, “Dekabank”ın əmanətçilərinə isə 123 365 manat kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 949 994 manat ödəniş edilib.
Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.
Son xəbərlər
19:26
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
Futbol
19:04
Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
Digər ölkələr
18:57
Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb - Yenilənib-3
Fərdi
18:49
İran yeni silahlar sınaqdan keçirib
Region
18:34
İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib
Digər ölkələr
18:18
İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
Region
17:59
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
Digər ölkələr
17:50
Ötən gün itkin düşən 10 nəfər tapılıb
Hadisə
17:43
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Daxili siyasət