Azərbaycanda “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat” təsdiqlənib

Maliyyə
  • 19 sentyabr, 2024
  • 04:59
Azərbaycanda “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat” təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”ı təsdiqləyib.

“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, “Visa” və “Mastercard” ödəniş sistemləri üzrə kartlar premial, adi və digər olmaqla təsnifləşdiriləcək. “Visa Business” və “Mastercard Business” sətirlərinə həm premial, həm də adi biznes kartları daxil edilib.

Bundan başqa, məlumat daşıyıcısına görə ödəniş kartları maqnit lentli, hibrid (maqnit lentli və mikroprosessorlu) və virtual ödəniş kartları kimi təsnifləşdirilib.

Həmçinin qeyri-bank ödəniş xidməti təchizatçıları, eləcə də operatorlar, bank olmayan kredit təşkilatları və ödəniş xidməti təchizatçılarının təqdim etdiyi hesabatların məzmunu və tərtib edilməsi forması təsdiqlənib.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Son xəbərlər

Bütün Xəbər Lenti