Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 48 %-ə yaxın artıb

Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 48 %-ə yaxın artıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 13 milyard 206,5 milyon manat təşkil edib ki, bu da proqnozdan 1,3 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 47,6 % çoxdur.
Maliyyə
16 Oktyabr , 2024 12:38
Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 48 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 13 milyard 206,5 milyon manat təşkil edib ki, bu da proqnozdan 1,3 % az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 47,6 % çoxdur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında neft-qaz sektorunun payı 47,6 % təşkil edib.

9 ayda dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 27,4 %-i və yaxud 3 milyard 620,8 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 72,6 %-i və yaxud 9 milyard 585,7 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft-qaz gəlirlərinin 47,8 %-i və yaxud 1 milyard 729,7 milyon manatı "Şahdəniz" yatağı üzrə mənfəət vergisi, 36,8 %-i və yaxud 1 milyard 333,1 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 15,4 %-i və yaxud 558 milyon manatı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin mənfəət vergisi təşkil edir.

Son xəbərlər

Orphus sistemi