Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 17 % azalıb

Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 17 % azalıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 946,1 milyon manat təşkil edib ki, bu da proqnozdan 30,5 % az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 17,2 % azdır.
Maliyyə
14 Oktyabr , 2023 09:36
Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 17 % azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 946,1 milyon manat təşkil edib ki, bu da proqnozdan 30,5 % az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 17,2 % azdır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında neft-qaz sektorunun payı 40,5 % təşkil edib. Azalma Dövlət Neft Fondundan (ARDNF) nəzərdə tutulandan 2 milyard 992 milyon manat az vəsaitin daxil olması ilə əlaqədardır.

Sektor üzrə daxilolmaların 60,3 %-i və yaxud 5 milyard 396,1 milyon manatı vergi daxilolmaları, 39,7 %-i və yaxud 3 milyard 550 milyon manatı ARDNF-dən transfert olub.

Vergi daxilolmalarının 62,6 %-i və 3 milyard 377,9 milyon manatı "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət vergisi, 27,7 %-i və yaxud 1 milyard 494,4 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 9,7 %-i və yaxud 523,8 milyon manatı isə "Azəri-Çıraq-Günəşli" neft yatağı üzrə mənfəət vergisinin payına düşüb.

Son xəbərlər

Orphus sistemi