Azərbaycanda nağdsız ödənişlərin həcmi 2 dəfə artıb

Maliyyə
  • 20 mart, 2023
  • 06:17
Azərbaycanda nağdsız ödənişlərin həcmi 2 dəfə artıb

Bu il fevralın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 13 milyon 488 min ədəd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, bu il yanvarın 1-i ilə müqayisədə 1,7 %, 2022-ci il fevralın 1-i ilə müqayisədə 19,7 % çoxdur.

O cümlədən, son 1 ildə ölkədə debet kartlarının sayı 18,3 % artaraq 11,634 milyona, kredit kartlarının sayı isə 28,8 % artaraq 1,854 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin həcmi müvafiq olaraq 4,891 milyard manat (illik müqayisədə 53,2 % çox) və 408 milyon manat (47,8 % çox) təşkil edib.

Bu ilin yanvar ayında kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi illik müqayisədə 2 dəfə artaraq 2 milyard 647 milyon manata çatıb.

Yanvarda ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi debet və kredit kartları ilə əməliyyatların 52,4 %-ni təşkil edib.

Bu il fevralın 1-nə bankomatların sayı illik müqayisədə 3,2 %, POS-terminalların sayı 29,5 % artıb. Bankomatların sayı 3 077 ədəd, onlardan Bakı üzrə 1 618 ədəd təşkil edir, POS-terminalların sayı isə 79 880 ədəddir (Bakı üzrə -53 799).

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

Son xəbərlər

Bütün Xəbər Lenti