​Azərbaycanda məcmu bank kapitalı son bir ildə 80% artıb

​Azərbaycanda məcmu bank kapitalı son bir ildə 80% artıb AMB sədri: Kredit faizlərinin aşağı salınması üçün banklarda kifayət qədər vəsait var
Maliyyə
18 Noyabr , 2014 15:58
​Azərbaycanda məcmu bank kapitalı son bir ildə 80% artıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalı son bir ildə 80% artıb.

"Report"un məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib: "Bankların minimum kapitala olan tələbini 50 mln. manata qaldırdığımız 2013-cü ildən bu günə kimi bank kapitalı 83%-ə çataraq 1,8 dəfə artıb. Bu göstəricinin 99%-ə çatacağını gözləyirik".

AMB sədri əlavə edib ki, Mərkəzi Bank bu sahədə problemi olan banklarla fərdi şəkildə məşğul olacaq.

"Diqqətdə saxladığımız daha bir məsələ əhalinin əmanətlərinin geri qaytarılması ilə bağlıdır. Banklardakı vəsaitlər normadan 2 dəfə çoxdur. Cari ildə əmanətlər 9% artıb. Lakin bu əvvəlki dövrlərə nisbətən aşağıdır. Kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması üçün banklarda kifayət qədər vəsait var. Əhali də vəsaitlərini daha şaxəli yerləşdirməyə çalışır", - deyə E.Rüstəmov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi