Azərbaycanda market-meyker institutunun tətbiqi imkanları qiymətləndiriləcək

Azərbaycanda market-meyker institutunun tətbiqi imkanları qiymətləndiriləcək Banklararası əməliyyatların vahid ticarət platformasında aparılması üzrə təşviqedici tədbirlər müəyyən ediləcək
Maliyyə
22 Dekabr , 2016 17:23
Azərbaycanda market-meyker institutunun tətbiqi imkanları qiymətləndiriləcək

Bakı. 22 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Mərkəzi Bankı (AMB) banklararası pul bazarının inkişafı üzrə fəaliyyətlərini əlaqələndirəcək. Banklararası əməliyyatların vahid ticarət platformasında aparılması üzrə təşviqedici tədbirlər müəyyən ediləcək.

"Report" bu barədə Azərbaycanda maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinə istinadən xəbər verir.

Bildirilir ki, AMB açıq bazar əməliyyatlarında təminat kimi qəbul edilə bilən qiymətli kağızların spektrinin daha da genişləndirilməsi imkanlarını nəzərdən keçirəcək və tədbirlər müəyyən edəcək.

AMB və MBNP market-meyker institutunun tətbiqi imkanlarını qiymətləndirəcək. Market-meyker institutunun yaradılması məqsədəuyğun hesab edilərsə, AMB market-meykerlərin seçim meyarlarını (aktivlərin həcmi, sistem əhəmiyyətliliyi, təcrübəli heyət, müasir texnologiyaya çıxış, maliyyə dayanıqlılığı və s.), tələb və imtiyazlarını MBNP ilə birlikdə müəyyən edəcək.

"Banklararası pul bazarında əməliyyatların həcmi artacaq ki, bu da maliyyə bazarlarının likvidliyinə, maliyyə institutlarının likvidlik idarəetməsinə və səmərəliliyinə müsbət təsir edəcək. Təkmil banklararası pul bazarı, eyni zamanda, pul siyasətinin hədəflərinə açıq bazar əməliyyatları vasitəsilə çatmağa imkan yaradacaq", - deyə sənəddə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi