Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı artıb

Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı artıb Bakı. 23 yanvar. REPORT.AZ/ Bu il yanvarın 1-nə, Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı 1 820 olub.
Maliyyə
23 Yanvar , 2019 13:18
Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı artıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu il yanvarın 1-nə, Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı 1 820 olub. 

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5,9% çoxdur. 

Bu sahədə çalışanlar ölkə üzrə fərdi sahibkarların 0,2%-ni təşkil edib. 

Ümumilikdə, ötən ilin sonuna hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 842 mindən çox olub. İl ərzində hər 6 fərdi sahibkardan 5-i “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib. 

Dövət qeydiyyatına alınmış fərdi sahibkarların əsas hissəsi Bakıda (30,3%), Aran (20,5%), Gəncə-Qazax (13,7%) və Lənkəran (10,0%) iqtisadi rayonlarında qeydiyyatdan keçib. 

Son xəbərlər

Orphus sistemi