Azərbaycanda maliyyə sektorunun işçi bazası bir aya 100 nəfər artıb

Azərbaycanda maliyyə sektorunun işçi bazası bir aya 100 nəfər artıb Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda maliyyə və sığorta sektorunda 25,1 min nəfər işləyib.
Maliyyə
22 Yanvar , 2019 13:04
Azərbaycanda maliyyə sektorunun işçi bazası bir aya 100 nəfər artıb

Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda maliyyə və sığorta sektorunda 25,1 min nəfər işləyib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 4,8 min nəfəri dövlət, 20,3 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

Noyabrda işçilərin sayı 100 nəfər artıb. Bu müddətdə dövlət sektorunda işçilərin sayı dəyişməyib, artım özək sektor hesabına baş verib.

Maliyyə və sığorta sektorunda çalışanların orta aylıq nominal əmək haqqı cüzi azalaraq 2018-ci il yanvar-noyabr ayları üzrə 1 450 manat, o cümlədən dövlət sektorunda 1 412,6 manat, özəl sektorda 1 458,7 manat olub.

2018-ci il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 553,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 888,1 min nəfər, qeyri-dövlət sektorunda isə 665,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34 min nəfər, qeyri-neft sektorunda isə 1 519,6 min nəfər çalışıb.

Son xəbərlər

Orphus sistemi