Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi müzakirə olunub

Maliyyə
  • 26 oktyabr, 2023
  • 05:16
Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi müzakirə olunub

Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərən banklarla makroiqtisadi sabitliyin təmin edilməsi müzakirə olunub.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Bank rəhbərləri ilə növbəti dəfə görüşdük və III rübün nəticələrini müzakirə etdik. Həmçinin son dövrlərdə qlobal meyillərin və çağırışların maliyyə-bank sektoruna təsirini nəzərdən keçirdik, makroiqtisadi sabitliyinin təmin edilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışdıq", - deyə o qeyd edib.

44 filmi