Azərbaycanda kredit sığortası sığortaçılara ciddi zərər yetirir

Azərbaycanda kredit sığortası sığortaçılara ciddi zərər yetirir Ötən il bu sahədə ödəniş/yığım nisbəti 3 dəfəyə yaxın olub
Maliyyə
27 Fevral , 2017 12:26
Azərbaycanda kredit sığortası sığortaçılara ciddi zərər yetirir

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanda 2016-cı ildə kredit sığortası üzrə ödənişlər yığımları 3 dəfəyə yaxın üstələyib.

Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, ötən il sığorta şirkətlərinin kredit sığortasından daxilolmaları 21 326 manat təşkil edib. Əvəzində sığortaçılar qaytarılmamış kreditlərə görə 56 047 manat ödəniş edib.

Başqa sözlə, kredit sığortası üzrə ödəniş/yığım nisbəti 2,63 dəfə olub. Halbuki, 2015-ci ildə sığorta şirkətləri kreditlərin sığortalanmasına görə topladıqları sığorta haqqının 23%-ni ödənişə yönəldib.

Son xəbərlər

Orphus sistemi