Azərbaycanda könüllü sığorta bazarı 19 %-ə yaxın böyüyüb
- 01 mart, 2025
- 14:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycanda könüllü sığorta növləri hesabına 140,601 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 37,519 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 22,8 % çoxdur.
Beləliklə, ay ərzində könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 26,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 25,8 manat olub.
Qeyd edək ki, yanvar ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 163,658 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 47,623 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,8 % çoxdur.
Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 29,1 manatı ödəniş edilib. Əvvəlki ildə bu göstərici 27,9 manat olub.