Azərbaycanda könüllü sığorta bazarı 17 % böyüyüb

Maliyyə
  • 21 yanvar, 2022
  • 08:03
Azərbaycanda könüllü sığorta bazarı 17 % böyüyüb

2021-ci ildə Azərbaycanda könüllü sığorta üzrə ümumilikdə 586 594,6 min manat sığorta haqqı toplanıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 16,6 % çoxdur.

Hesabat dövründə könüllü sığorta üzrə ödənişlərin məbləği isə 339 265,5 min manat təşkil edib. Bu isə illik müqayisədə 10,4 % azdır.

Yanvar-dekabr aylarında könüllü sığorta üzrə toplanmış hər 100 manat sığorta haqqının 57,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 75,3 manat olub.

Ötən il Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 843,897 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, əvvəlki ilə nisbətən 15,8% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 458,726 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 1,4% azdır.

2021-ci ildə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,4 manatı ödəniş edilib. 2020-ci ildə bu göstərici 63,8 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti