Azərbaycanda könüllü sığorta bazarı 11 % böyüyüb

Maliyyə
  • 01 dekabr, 2021
  • 10:26
Azərbaycanda könüllü sığorta bazarı 11 % böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta üzrə ümumilikdə 482,652 milyon manat sığorta haqqı toplanıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 % çoxdur.

Hesabat dövründə könüllü sığorta üzrə ödənişlərin məbləği isə 299,848 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2 % çoxdur.

Yanvar-oktyabr aylarında könüllü sığorta üzrə toplanmış hər 100 manat sığorta haqqının 62,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 67,5 manat olub.

44 filmi