Azərbaycanda karbon emissiyasını sürətlə azaltmaq üçün tələb olunan investisiyanın məbləği açıqlanıb

Azərbaycanda karbon emissiyasını sürətlə azaltmaq üçün tələb olunan investisiyanın məbləği açıqlanıb Dünya Bankının hesablamalarına görə, Azərbaycana 2060-cı ilə qədər karbon emissiyasını sürətlə azaltmaq üçün 40 milyard ABŞ dolları investisiya lazım olacaq.
Maliyyə
3 Oktyabr , 2024 16:51
Azərbaycanda karbon emissiyasını sürətlə azaltmaq üçün tələb olunan investisiyanın məbləği açıqlanıb

Dünya Bankının hesablamalarına görə, Azərbaycana 2060-cı ilə qədər karbon emissiyasını sürətlə azaltmaq üçün 40 milyard ABŞ dolları investisiya lazım olacaq.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə bildirib.

"Bu məbləğin əsas hissəsi özəl sektorun, o cümlədən bank sektorunun iştirakı ilə maliyyələşdiriləcək. Lazımi vəsaitin 60 %-ni dövlət və ictimai qurumlar, 40 %-ni isə banklar təmin edə bilər", - deyə o qeyd edib.

"Azərbaycanda bərpa olunan enerji potensialı var. Ölkədə bərpa olnan enerjinin xüsusi çəkisinin 30 %-ə çatdırılması planlaşdırılır. Bu istiqamətdə beynəlxalq maliyyə qurumları ilə əmkdaşlıq gücləndirilməlidir", - deyə sədr əlavə edib.

Son xəbərlər

Orphus sistemi