Azərbaycanda istehlak kreditləşməsi 5 illik minimuma enib

Azərbaycanda istehlak kreditləşməsi 5 illik minimuma enib Ev təsərrüfatlarına ayrılan kreditlərin payı 35% təşkil edir
Maliyyə
27 Mart , 2017 10:13
Azərbaycanda istehlak kreditləşməsi 5 illik minimuma enib

Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycanda bütün maliyyə kredit təşkilatları tərəfindən ev təsərrüfatlarına verilən kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi 5 illik minimuma enib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabata əsasən, bu kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi 2017-ci il fevralın 1-nə 34,8% (5 814,0 mln. manat) təşkil edib. Qeyd edək ki, bu göstərici 2012-ci ildə 35,3% (4 316,7 mln. manat), 2011-ci ildə 33,7% (3 315,0 mln. manat) olub, 2014-cu ildə isə 44%-ə (7 731,8 mln. manat) yüksəlib.

Qeyd edək ki, cari il fevralın 1-nə cəmi kredit portfelinin həcmi 16 705,2 mln. manat təşkil edib, bunun da 9,8%-nin və ya 1 633,1 mln. manatının ödəniş vaxtı keçib.

Son xəbərlər

Orphus sistemi