Azərbaycanda istehlak kreditlərinin orta illik faiz dərəcəsi açıqlanıb

Azərbaycanda istehlak kreditlərinin orta illik faiz dərəcəsi açıqlanıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 1 faiz bəndi artaraq 12 %-ə çatıb.
Maliyyə
30 Oktyabr , 2024 14:27
Azərbaycanda istehlak kreditlərinin orta illik faiz dərəcəsi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 1 faiz bəndi artaraq 12 %-ə çatıb.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

9 ay ərzində məişət avadanlıqlarının alınması üçün verilən istehlak kreditlərinin orta illik faizi dəyişməyərək 25 % qalıb, təmir kreditlərinin orta illik faizi isə 1 faiz bəndi azalaraq 16 %-ə düşüb.

Hesabat dövründə kredit kartları vasitəsilə milli valyutada verilən istehlak kreditlərinin üzrə orta illik faiz dərəcəsi dəyişməyərək 24 % qalıb, xarici valyutada verilən istehlak kreditlərinin üzrə orta illik faiz dərəcəsi isə 2 faiz bəndi artaraq 7 %-ə çatıb.

Bu ilin əvvəlindən digər istehlak kreditlərinin orta illik faizi 3 faiz bəndi artaraq 20 %-ə çatıb.

Son xəbərlər

Orphus sistemi