Azərbaycanda istehlak bazarı 5%-dən çox kiçilib

Azərbaycanda istehlak bazarı 5%-dən çox kiçilib Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 17,8 milyard manat təşkil edib.
Maliyyə
13 İyun , 2020 13:36
Azərbaycanda istehlak bazarı 5%-dən çox kiçilib

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 17,8 milyard manat təşkil edib. 

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% azdır. 

Son 1 ildə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 5% azalaraq 17,1 milyard manata bərabər olub, onun 47,5%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 356,9 manat və yaxud 2019-cu ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 11,4 manat az vəsait xərcləyib.

Son xəbərlər

Orphus sistemi