Azərbaycanda icbari sığorta bazarı 4 %-dən çox böyüyüb
- 30 noyabr, 2024
- 06:21
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 282,925 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 112,046 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 23,8 % çoxdur.
Beləliklə, 10 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı qədər ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 33,4 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 112,027 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,05 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 622,301 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 36,8 % çoxdur.
10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,6 manat olub.