Azərbaycanda icbari sığorta bazarı 4 % böyüyüb
- 25 aprel, 2024
- 11:22
Bu ilin yanvar-mart aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 94,829 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 29,191 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 21,3 % çoxdur.
Beləliklə, 3 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 30,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 26,3 manat olub.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 373,14 milyon manat sığorta haqqı toplanılıb. bu, ötən ilin eyni dövrünə nisbətən 7,6 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 153,327 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 49,9 % çoxdur.
Ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 29,5 manat olub.