Azərbaycanda icbari sığorta 6 % azalıb
- 28 yanvar, 2023
- 06:55
2022-ci ildə Azərbaycanda icbari sığorta növlərinin hesabına 242,752 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 5,7 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 95,569 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 20 % azdır.
Beləliklə, 2022-ci ildə icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 39,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ildə 46,4 manat olub.
Ötən il Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 970,823 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, əvvəlki ilə nisbətən 15 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 433,202 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5,6 % azdır.