Azərbaycanda I yarımildə qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb

Azərbaycanda I yarımildə qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) verdiyi güzəştli kreditlərin 6,5 %-i qadın sahibkarlara verilib
Maliyyə
31 İyul , 2024 16:59
Azərbaycanda I yarımildə qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) verdiyi güzəştli kreditlərin 6,5 %-i qadın sahibkarların payına düşüb.

“Report” bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə 225 qadın sahibkarın layihələrinə 6,7 milyon manat güzəştli kredit ayrılıb.

Bundan başqa, yanvar-iyun aylarında Fondun xətti ilə 82 gənc sahibkarın təqdim etdiyi layihələr üzrə ümumilikdə 3 milyon manat güzəştli kredit ayrılıb.

6 ay ərzində SİF sahibkarların 2 744 layihəsinə 102,7 milyon manat güzəştli kredit verib.

Son xəbərlər

Orphus sistemi