Azərbaycanda həyat sığortası üzrə ödənişlər təqribən 60 % artıb
- 30 noyabr, 2024
- 11:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 610,282 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,1 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 59,6 % artaraq 406,607 milyon manata çatıb.
Beləliklə, 10 ay ərzində həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 48,5 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 112,027 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,05 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 622,301 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 36,8 % çoxdur.
10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,6 manat olub.