Azərbaycanda həyat sığortası bazarı 34 % böyüyüb
- 29 may, 2023
- 08:25
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 235,807 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 33,5 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 2,3 dəfə artaraq 72,19 milyon manata çatıb.
Beləliklə, 2023-cü ilin 4 ayında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 17,9 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 467,53 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,3 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 134,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,1 % çoxdur.
4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 28,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.